Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6708

Digər sorğular

Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri həbs olundu

19:00  |    30 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəri Rəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Türk Təbiblər Birliyi deyilən qurum "Savaşa xeyr" adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin "Barışa hə" dediklərini eşitmədik".

Qeyd edək ki, 83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Ermənistan da koronavirusa görə İranla sərhədini bağladı
23.02.2020
İranda daha bir güclü zәlzәlә oldu
23.02.2020
İranda yenə zəlzələ baş verdi
23.02.2020
Türkiyə İranla sərhədini bağladı
23.02.2020
İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı