Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Putinin mart sonrası gedişi: Medvedevlə vidalaşacaq, Lavrov isə qalacaq…

00:18  |    31 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Əhəd Məmmədli: “Lavrov mart seçkilərindən sonra da qalacaq, Medvedev isə öz vəzifəsi ilə vidalaşa bilər”

Bu il martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərindən sonra indidən qələbə qazanacağı proqnozlaşdırılan hazırkı ölkə başçısı Vladimir Putinin hakim komandasını dəyişib-dəyişməyəcəyi suallar doğurur. Azərbaycanda da bu məsələ ciddi müzakirə edilir.

Çünki Putinin indiki komandasında kifayət qədər ermənipərəst olan şəxslər var ki, onların içərisində xarici işlər naziri Sergey Lavrov öndə gedir. Rusiya kimi nəhəng bir ölkənin xarici siyasətini yürüdən bu şəxsin vəzifəsindən gedişinin həm Azərbaycana da üstünlük qazandıracağı, Rusiya-Azərbaycan əlaqələrini daha da yaxşılaşacağı bildirilir. Bundan əlavə, ötən il noyabrın sonlarında Azərbaycanla Rusiya arasında yaranan səfir qalmaqalı və hələ də məsələnin həll olunmamasının yalnız Lavrovun gedişi ilə müsbət həllini tapacağı vurğulanır.

Politoloq Əhəd Məmmədli Putinin komandasındakı bəzi şəxslərlə vidalaşacağını istisna etmir: “Hansısa qüvvə sosial narazılığı etiraza çevirə bilməsə, prezident seçkilərində Putin rahatlıqla qalib gələcək. Yox, əgər korrupsiya narazılığı, sanksiyaların çoxalması prezident seçkiləri zamanı etiraz formasına çevrilib meydanlar, küçələrə axışsa, onda Putinə heç də asan olmayacaq. Düzdür, Putinin prezident seçkilərində ciddi rəqibi olmaması hansısa böyük etiraz dalğasının olması ehtimalını azaldır. Putin növbəti dəfə prezident seçilsə, çox güman ki, komandasının böyük əksəriyyətini saxlayacaq. Amma özündən sonra ən böyük fiqur olan baş nazir Medvedevlə vidalaşa bilər. Medvedevin istefası artıq yetişib. Düşünürəm ki, Putin seçiləndən sonra Medvedevlə vidalaşacaq. Rus xalqı arasında Medvedevin nüfuzu çox aşağıdır. Ələlxüsus da, onun xaricdə mülkləri barədə video çıxandan sonra rus cəmiyyətində bu hiddət yaratmışdı. Buna etiraz olaraq ümumrusiya mitinqi keçirilmişdi. Medvedevin istefaya göndərilmısi Putinə heç bir problem yaratmayacaq, əksinə, bu addım ondan çoxdan gözlənilir. Bütün komanda və ya komandanın əksəriyyətini dəyişməyə isə Putin ehtiyac duymayacaq. Qalib komandadan imtina etmirlər, sadəcə, komandanın vaxtı çatmış, nüfuzu tükənmiş üzvlərini ən yaxşı halda istefaya, ən pis halda isə, keçmiş iqtisadiyyat naziri Ülyukayev kimi həbsə göndərirlər”.

Putinin mart sonrası gedişi: Medvedevlə vidalaşacaq, Lavrov isə qalacaq...

Politoloq Putinin Lavrova toxunmayacağını düşünür: “Lavrov Putin komandasının açar və nüfuzlu isimlərindəndir. Əminliklə söyləyə bilərəm ki, Lavrov mart seçkilərindən sonra da qalacaq. Təbii ki, Lavrovdansa Azərbaycana loyal xarici işlər naziri təyin edilsəydi, bizim üçün daha yaxşı olardı. Lakin unutmayaq ki, Rusiya kimi böyük dövlətlərin siyasətini şəxslər yox, sistem aparır. Lavrov da o sistemin önəmli açarlarından biridir. Problem Lavrov və onun kimilərdə deyil, Rusiyanın imperialist siyasətindəndi. Bu problemin həlli yolu isə Rusiyanın dağılmasından, ən azı isə indiki rejimin əvəzinə daha demokratik hakimiyyətin gəlməsindən gedir. Azərbaycan öncə Rusiyadakı çox zəif və pərakəndə lobbi siyasətini dəyişməlidir. Bunun üçün də ilk olaraq Rusiyaya daha dişli və azərbaycanlı lobbi arasında nüfuzu olan bir şəxs səfir təyin edilməlidir. Rusiyanın Azərbaycandakı səfir təyinatına gəldikdə isə, hesab edirəm ki, Azərbaycan tərəfinin vaxtında edilən təpkisinə görə ruslar daha ermənipərəst səfir ölkəmizə təyin etməyəcək. Səfir çox güman ki, Rusiyadakı seçkilərdən sonra təyin ediləcək. Fikrimcə, Azərbaycan tərəfini qane edən bir diplomatı səfir təyin edəcəklər”.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb