Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6711

Digər sorğular

Azərbaycanlı ər-arvad 200 ədəd porsuq dərisi ilə yaxalandı

23:56  |    28 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


İstanbulun Atatürk hava limanında külli miqdarda porsuq xəzini Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən azərbaycanlı ər-arvad saxlanılıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Atatürk hava limanının gömrük xidməti əməkdaşları Ukraynanın Odessa şəhərindən gələn Azərbaycan vətəndaşı Ş.A.-nın və ərinin hərəkətlərindən şübhələnib. Gömrük əməkdaşları onları izləməyə başlayıb və aerportun Xarici Xətlər Terminalında saxlayıb. Onların yükünə baxış keçirilərkən vakkum paketlərə qablaşdırılmış halda 200 ədəd porsuq xəzi aşkar edilib. Aşkar edilən xəzin bazar qiymətinin 45 min TL-dən çox olduğu bildirilir. Azərbaycanlı ər-arvadın barəsində müvafiq tədbirlər görülüb, qaçaqmal müsadirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranda koronavirusdan ölənlərin sayı artdı
24.02.2020
Ərdoğan sabah Azərbaycana gəlir
24.02.2020
Çindən yeni qərar — Artıq bunları yeməyəcəklər
24.02.2020
ÜST-dən qorxulu xəbər: Koronavirus pandemiyaya çevrilə bilər
24.02.2020
Nikol Paşinyan məhkəməyə verildi