Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

“Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi

03:12  |    28 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

27 yanvar 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Məhəmmədəmin Rəsulzadənin doğum gününə həsr olunmuş “Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü bütün Azərbaycan türkləri üçün bir qurtuluş, diriliş günüdür. Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərində Azərbaycan türklərinin yenidən toparlanması, özəlliklə türkçülük, müasirləşmək, islamçılıq bir sözlə, Azərbaycan milli ideyası əsasında yeni bir dövlət qurması M.Ə.Rəsulzadənin adıyla bağlıdır: “Artıq Azərbaycan dedikdə, ilk növbədə Rəsulzadənin adı gözlərimiz önündə canlanır. Əlbəttə, Azərbaycan Cümhuriyyətinin qurulmasında Rəsulzadə ilə yanaşı Nəsib by Yusifbəyli, Əlimərdan bəy Topçubaşı, Fətəlixan Xoylu, Həsən bəy Ağayev, Üzeyir Hacıbəyli və başqa mütəfəkkirlərimizin, dövlət xadimlərimizin də böyük xidmətləri olmuşdur. Ancaq həm nəzəri, həm də praktiki anlamda bir dövlətin bir qurucusu, bir banisi olur ki, Azərbaycan Cümhuriyyətinin qurucusu da Rəsulzadədir. Bu anlamda bu gün öz Türklüyünü dərk edən, hansı siyasi cəbhədə təmsil olmasından asılı olmayaraq, hər bir Azərbaycan türkü üçün Rəsulzadə böyük bir lider, məfkurə adamıdır”.

Azərbaycan türk aydını onu da bildirdi ki, Rəsulzadə yeni Türk dövlətinə Azərbaycan adını verməklə, Azərbaycan türklərinə bir gün bütövləşmək və vahid dövlətdə yaşamaq ideyasını da vermişdir: “Rəsulzadənin əsas ideyası bütöv Azərbaycan və Azərbaycan türklüyü ideyaları olmuşdur ki, onları da biri-birindən ayırmaq mümkün deyildir. Yəni biz türklər Azərbaycan mərkəzli böyük bir Türk dövlətini qurmaq üçün mücadilə verməliyik. Bunun üçün də bizlər bu gün BAO olaraq Rəsulzadə ideyalarını 40-50 milyonluq Azərbaycan türkünün hər birinin ideyasına çevirmək məqsədini hədəfləmişik. Biz inanırıq ki, Rəsulzadənin görmək istədiyi bütöv Azərbaycan və daha sonra Türk birliyi ideyaları çox yaxın zamanlarda gerçəkləşəcəkdir! Rəsulzadənin doğum gününü də Azərbaycan mərkəzli yeni Türk dövlətinin paytaxtında qeyd edəcəyik!”.

Sonra tarixçi alim, professor Cəmil Həsənli M.Ə.Rəsulzadənin ictimai-sijyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirdə həmçinin Rəis Rəsulzadə, Mehriban Vəzir, Pənah Hüseyn, Aydın Mədətoğlu, İbrahim Balayoğulları, Cavanşir Beydullayev, Nəcəfalı Cahangirli, Paşa Həsənli və b. mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirdilər.

Tədbirdə həmçinin məktəbli uşaqlar tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Tural Sadıqlı M.Ə.Rəsulzadəçnin gənclərə müraciətini oxudu.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.08.2019
“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib
16.08.2019
Azərbaycanda evlənənlərin və boşananların sayı artıb
16.08.2019
Qarabağ qazisindən Prezidentə MÜRACİƏT: Mənə torpaq vermirlər
15.08.2019
Minimum pensiya artımı 660 min nəfəri əhatə edəcək
14.08.2019
Vəkili Ramil Səfərovla bağlı sirləri açdı - İlk dəfə