Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Türkiyə mediası Səməd Seyidovun çıxışını baş xəbər etdi

16:58  |    26 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözügedən qurumun sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirədəki çıxışı qardaş ölkədə qürur hissi ilə qarşılanıb.

Axar.az xəbər verir ki, məşhur “Hürriyyət” qəzeti Səməd Seyidovun Türkiyəyə dəstək çıxışını “alqışlanan çıxış” kimi təqdim edib.

“Milliyyət” qəzeti isə Seyidovun çıxışını sosial şəbəkədə “Yaşasın iki dövlət, bir millət” başlığı ilə paylaşmasını iki qardaş ölkənin vətəndaşları arasında coşqu ilə qarşılandığını yazıb.

Bundan başqa, digər media orqanları da azərbaycanlı millət vəkilinin çıxışına böyük yer veriblər.

Qeyd edək ki, Səməd Seyidov AŞPA-dakı çıxışı zamanı Türkiyənin Afrindəki antiterror əməliyyatları haqda bunları demişdi:

“Bu nə işğal, nə də müdaxilədir. Bu, terrora qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədir. Hər iki terror təşkilatı bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləmək, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlayıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb