Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Azərbaycanlı deputat komadan ayıldı

02:34  |    22 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyev bir neçə gündür koma vəziyyətində idi.

Modern.az mütəmadı olaraq millət vəkili Nəriman Əliyevin səhhəti ilə maraqlanaraq ən son xəbərləri çatdırıb. Bu gün əlaqə saxladıqda isə Milli Məclisdə 71 saylı Masallı kənd seçki dairəsini təmsil edən deputat Elmira Axundova Modern.az-a Nəriman Əliyevin komadan ayıldığını bildirdi.

Elmira Axundova qeyd edib ki, deputat həmkarı Nəriman Əliyevin səhhəti ilə bağlı mütəmadi olaraq həm onun ailəsi, həm də Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, tanınmış ürək cərrahı Rəşad Mahmudovla əlaqə saxlayıb: “Bu gün Rəşad Mahmudov bizə məlumat verdi ki, məsləhətləşmələrdən sonra Nəriman Əliyevin süni yatızdırılmasına son qoyulması qərara alınıb. Bundan sonra Nəriman Əliyev süni nəfəs aparatından ayrılıb. Əslində bu riskli bir qərar idi, amma şükürlər olsun ki, hər şey qaydasındadır. Nəriman Əliyev ayıldıqdan sonra məlum oldu ki, huşu tam yerindədir və əvvəllər olan hər şeyi xatırlayır. Sonuncu xatırladığı isə odur ki, avtomobildə qəflətən halı pisləşib. Rəşad Mahmudovun bildirdiyinə görə, Nəriman Əliyevin ürəyi tam sağlamdır. Ürəyə yeni qoyulan 3 damarın hər biri də öz funksiyasını normal yerinə yetirir. Həmçinin, daxili orqanlarda da hər hansı problem yoxdur. Yaxın 5-6 gün müddətində Nəriman Əliyev reanimasiyada həkim nəzarətində olacaq və daha sonra palataya köçürüləcək”.

E.Axundova bildirdi ki, Nəriman Əliyevin yenidən sağlamlığına qovuşmasında özünün sağlam orqanizmə sahib olmasının da böyük rolu olub: “Nəriman Əliyevdə aşkarlanan xəstəlik çox nadir hallarda rast gəlinən bir xəstəlik idi. Həkimlərin bildirdiyinə görə, bu şəkildə komaya düşənlərin əksəriyyətini həyata qaytarmaq mümkün olmur. Amma təcrübəli ürək cərrahı, deputat həmkarımız Rəşad Mahmudovun səyi ilə Nəriman Əliyev təkrar həyata qayıtdı. Bu həm də bizim tibb sahəsinin inkişafını, ölkənin müasir səviyyədə klinikalarının və təcrübəli, peşəkar həkimlərin olmasının göstəricisidir. Nəriman Əliyev əslində yenidən dünyaya gəlib. Mənim dostum, düputat həmkarımızı təkrar həyata qaytardığı üçün bütün deputatlar adından Rəşad Mahmudova minnətdarlığımızı bildirirəm. Həmçinin, hesab edirəm ki, Nəriman Əliyevdə olan həyat eşqi xəstəliklə mübarizədə qalib gəlməsinə kömək etdi”.

Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi