Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Gömrükçülər 20 Yanvar şəhidlərini yad etdilər

23:51  |    20 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları yanvarın 20-də - Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Bu barədə Axar.az-a DGK-nın Mətbuat Xidmətindən məlumat verilib.

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, DGK-nın kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib. Gömrük əməkdaşları 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Soyad sonluğuna “bəyli”, "xanlı" sözlərini necə əlavə etmək olar?
10.08.2020
Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib
08.08.2020
Dünyada ikinci dalğa təhlükəsi: Bəs Azərbaycanda? - VİDEO
08.08.2020
Almaz hadisələri və ya Ermənistan-Rusiya münasibətləri haqqında: Yerevan - vandalizmin açıq muzeyi
07.08.2020
Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO