Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev

22:39  |    20 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənməkdə idi.

Xüsusilə, hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.

Bu barədə araşdırma aparan Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdımaçı Şərafət Şəfa Modern.az-a məlumat verib.

“Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub. Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ilk şəhid kimi ulu öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib.
"Azadlıq!" sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dubinkalarla ilk qətliam edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq.
Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədi.
Mikayıl Babayev 1989-cu il dekabrın 20-si şəhidlik zirvəsinə ucalıb. O gündən anası Həcərin gözləri tutulub. Aldığımız məlumata görə, bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb”.

QEYD: Mikayıl Babayev Yeni Azərbaycan Partiyası Nizami Rayon təşkilatının sədr müavini Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayısıdır.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günləri üçün hava proqnozu
22.11.2019
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıldı
22.11.2019
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
22.11.2019
Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM
22.11.2019
Sabahın hava proqnozu açıqlanıb