Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Dərbəndli keçmiş deputatdan 20 Yanvar hadisələri ilə bağlı sensasion AÇIQLAMA + FOTOLAR

16:38  |    20 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir.

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq.
Dərbənd Ali Sovetinin keçmiş millət vəkili Kamal Məcidov 20 yanvar hadisələri ilə bağlı faktları Femida.az -la bölüşüb:

“19 Yanvar idi. Bizə xəbər verildi ki, Bakıya girmək üçün biz tərəflərə Rusiyadan 2 eşalon gəlir. O sözü bizə deyən adam Qubada notariusda işləyən Vidadi Əliyev adlı şəxs idi.

Mən də Dərbənd camaatına müraciət elədim. Dedim ki, əgər hansısa təhlükə hiss etsəniz, xəbər verin. Ayın 20-də şəhər komitəsindəki tanışımızın vasitəsilə öyrəndik ki, Rusiyada dustaqxanalarda olan erməniləri etap edirlər. Həmin ermənilər Azərbaycana göndərilirdi. Biz də dostum Şakirlə vağzala gəldik. İnsanların diqqətini cəlb etmək istəəsk də, alınmadı. Dostumla qərar verdik ki, dalaşırmış kimi edək. Dalaşmağa başladıq. Adamlar ətrafımıza yığıldı. Dedi ki, ay camaat , biz dalaşmırıq. Bakı dağılır. Millət qan ağlayır. Kimin nəyə gücü çatırsa, yardım etsin. Biz yığışıb getdik. Əsgərlərdən soruşduq ki, siz xalqa atəş açacaqsınız? Bizə cavab verdilər ki, əmr verilib. Son gülləni də öz alnımıza vuracağıq. Moskvadan Alçıyev gəldi. O zamanlar icra başçımız azərbaycanlı Paşabəyov idi. Adamlar Dərbənd Adminstrasiyasının qabağına sel kimi axışırdı. Moskvadan generallar, polkovniklər cəlb edilmişdi. Mən üzümü Nikolay Yuriçə tutub dedim ki, onlar unudublar ki, bura Rusiyanın ərazisidir. Biz də buranın vətəndaşı. Bu eşalonun ərazimizə girməyi qanunaziddir. O anda mənə elə gəlir ki, möcüzə baş verdi. O söz hardan ağlıma gəldi, bilmirəm. Biz Dərbənddə pul topladıq, ərzaq götürdük. Böyük əziyyətlə Biləcəriyə çatdıq. Yanvarın ikirmi ikisi idi. Heç kimi tanımırdıq. Yolun əksinə getdik ki, bizi saxlasınlar. Elə də oldu. Bizi KQB-nin azərbaycanlı əməkdaşları saxladı. Dərdimizi onlara dedik. Bizi Azərbaycan Xalq Cəbhəsinin üzvlərinin yanına apardılar. İki maşın ərzağı onlara təhvil verdik, dedik ki, 2 eşalon saxlamışıq. Onlar bizə dedi ki, ərzağı Təzə Pirə aparın. Bir gün eşalonu saxlayın, sonra buraxarsınız. Burdan keçənlər Gəncəyə getməli idi. Saxladıqlarımız isə Bakıya. Biz ilanın quyruğundan (red- eşalonu nəzərdə tutur) Dərbənddə saxlamışdıq. Nəcməddin Sadıqov o vaxt gücünü göstərməsəydi, ermənilər çox uzağa gedəcəkdi. Heydər Əliyev batan adama nəfəs verən kimi Azərbaycana can verdi. Çox adamla kontakta girdik. Rövşən Cavadovu da yaxından tanıyırdım.



Vertolyotlarla vərəqlər atırdılar ki, qatarların qabağından çəkilək. Biz görmüşük ki, qarışıqlıq olanda analar balalarını gizlədər. Dərbənd anaları oğullarını Quranın altından keçirib qatarların qabağına göndərdi. Relslərin qabağında dayandıq.

O vaxt da ləzgilər bizə mane olurdu. Şəhərdə Bakıya görə narahat olmağımız onlara təsir edirdi. Başçı azərbaycanlı idi. Tixonenkaya dedilər ki, kimsə qarşı çıxsa, şəhəri dağıdacağıq. Tabasaranlar, laklar bizimlə bərabər Bakıya ərzaq yığırdı. Polunin o vaxt Dağıstanın daxili işlər naziri idi. Rus idi. Bizim ərzaqları Bakıya çatdırmağımıza çox kömək edib. Feliks hərbi kommisar idi. Hərbi məktəbə ləzgilərə təlim keçmək üçün yığmışdı. Elə bildilər ki, Qarabağda müharibədirsə, ikinci front aça bilərlər. Dərbənd azərbaycanlılarının zəhməti çox oldu.”










Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi (SİYAHI)
16.08.2019
“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib
16.08.2019
Azərbaycanda evlənənlərin və boşananların sayı artıb
16.08.2019
Qarabağ qazisindən Prezidentə MÜRACİƏT: Mənə torpaq vermirlər
15.08.2019
Minimum pensiya artımı 660 min nəfəri əhatə edəcək