Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6950

Digər sorğular

Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

03:39  |    20 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Fələstinin dövlət kimi tanınması Avropa İttifaqının (Aİ) gündəliyində prioritetlər arasında deyil, eyni zamanda Aİ Fələstinlə Assosiasiya Sazişinin imzalanması ilə bağlı danışıqlara hazırlığa başlayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının anonim qalmağı istəyən yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

"Ola bilsin ki, bir-iki nazir Fələstinin tanınması məsələsini qaldırsın. Bəzi üzv ölkələr uzun illər əvvəl fərqli tərkibdə, bir ölkə isə bu yaxınlarda bu təklifi edib. Hesab edirmə ki, tanıma ölkələrin suveren qərarıdır. Buna toxunula bilər, amma bu məsələ Aİ səviyyəsində gündəm mərkəzində deyil", - Aİ nümayəndəsi deyib.

Fələstinlə Assosiasiya Sazişi imzalanması ehtimalını şərh edən Aİ nümayəndəsi qeyd edib ki, saziş yalnız dövlətlərlə bağlanır.

Qeyd edək ki, yanvarın 22-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Yaxın Şərq məsələsi müzakirə olunacaq. Nazirlər həmçinin Fələstin dövlətinin başçısı Mahmud Abbasla görüşəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.07.2020
Moskvadan ermənilərə qəzəbli mesaj: “Xəritəyə baxın!..”
09.07.2020
Rusiya Azərbaycanın təklifini dəstəklədi
09.07.2020
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
08.07.2020
Türkiyəli həkimlərdən Ərdoğana müraciət: “Azərbaycandakı qardaşlarımızla birgə...”
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"