Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

19:58  |    19 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


AMEA-nın Dilçilik İnstitutunun Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifini məqbul sayması ictimaiyyət arasında müzakirələrə səbəb olub, hətta narazılıq və etirazlar doğurub. Əsas narazı təbəqə təhsil sahəsində çalışan mütəxəssislərdir.

İddia olunur ki, əgər “əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi təsdiq olunarsa, qəbul və buraxılış imtahanlarında iştirak edən abituriyentlər ciddi problemlə üzləşə bilərlər.

Bu, həm də Azərbaycan dilinin qrammatikasına ciddi şəkildə təsir göstərəcək. Demək olar ki, bütün kitablar yenidən yazılmalı, bütün test tapşırıqları yenidən işlənməlidir.


Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, sözügedən məsələ böyük bir nəsil üçün problem yarada bilər.


“Bildiyiniz kimi, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə, dövlət qulluğuna keçirilən qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslər ilk növbədə Azərbaycan dilindən imtahan verirlər. Bu fənn üzrə test tapşırıqlarının sayı ümumi proqramın azı 30 faizini təşkil edir. Bu o deməkdir ki, həmin yerlərə qəbul imtahanları üçün istifadə olunan bütün resurslar yenidən yazılmalıdır. Bu hələ işin əhatə dairəsinin 1 faizidir. Təklif olunan dəyişikliklər qəbul edilsə, bütün kitablar, dərsliklər dəyişilməlidir. Nəzərə alsaq ki, hazırda hətta 1-ci sinifdə oxuyan şagirdlər belə ənənəvi formada olan sözlərdən istifadə edib təhsil alırlar, bu o deməkdir ki, böyük bir nəsil, geniş tərkibdə oxucu kütləsi, sənədləşmə üçün problem yarana bilər”.


Ekspertin sözlərinə görə, əgər bu sözlər təsdiq olunarsa, çox ciddi problem ortaya çıxacaq.


“Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bilirsiz ki, təhsil sistemində ana dilindəki resurslarla bağlı ciddi problemlər yaranmışdı. Bu kimi məsələlər indi indi həll olunmağa başlamışdı ki, yeni dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər təkcə Azərbaycan dilinə deyil, bu, bütün fənlərə, ixtisaslara təsir göstərəcək. Bu o deməkdir ki, milyonlarla kağız daşıyıcı üzərində olan kitablar, sənədlər yenidən hazırlanmalıdır. Amma təklif olunan dəyişikliklər abituriyentlərə ciddi şəkildə mənfi təsir göstərə bilər. Ona görə ki, onsuz da bəzi bölgələrdə danışıq dialekti, ləhcə, şivələr var və bu da bəzi sözlərin deyilişi zamanı ortaya problemlər çıxarır. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir və düşünürəm ki, təklif olunan dəyişikliklərə ehtiyac yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video
20.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə daha 50 mənzil verildi