Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6950

Digər sorğular

DİQQƏT: Bakıda bu marşrut xətti üzrə avtobusların fəaliyyəti dayandırılır

17:46  |    19 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Fatmai bağları (Çimərlik) – “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Musavat.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyə əsasən, bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin təlabatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları - “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metro stansiyasından Goradil qəsəbəsinə qədər 76% (29,68 km) üst-üstə düşməsidir. Eyni səbəbdən 155 nömrəli marşrut xətti tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobusların sayı artırılacaq.

Yanvarın 21-dən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Karantin dövründə Qurban bayramı necə olacaq? - VİDEO
09.07.2020
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb
09.07.2020
Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb
09.07.2020
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib
09.07.2020
Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR