Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Lombardlara inam azalıb - Buna səbəb girovun ucuz hesablanmasıdır - VİDEO

14:06  |    19 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Son illər lombardların fəaliyyəti genişlənsə də, cəmiyyətdə onlara qarşı inam azalıb.

Buna səbəb girovun dəyərindən qat-qat ucuz hesablanması və hətta kredit ödənilsə belə, girovun qaytarılmaması ehtimalıdır. Bəs görəsən bu, nə qədər düzgündür? Hüquqşünasların lombardlardan pul götürmək istəyənlərə tövsiyyələri var.

Girovun dəyərinin ucuz hesablanması və qızılın qaytarılmama ehtimalı cəmiyyətdə lombardlara olan inamı azaldıb. Buna səbəb lombardlarda vətəndaşların aldadılması faktlarının çox olmasıdır.

Lombard sahibləri isə özlərini sığortalamaq məqsədilə girovu ucuz hesabladıqlarını, qızılı geri qaytara bilmədikdə isə vətəndaşa qara bazar qiyməti ilə pul qaytardıqlarını bildirirlər. Qızıl yalnız vətəndaş ödənişi 1 ay 10 gün gecikdirərsə satıla bilər.

Hüquqşünaslar isə yalnız reputasiyası yüksək olan lombardlardan pul götürməyi tövsiyyə edir. Çünki kiçik və tanınmayan lombardların ləğv edilməsi və vətəndaşın aldadılması ehtimalı çox yüksəkdir. Bundan başqa, müqaviləni diqqətlə oxumaq və orada yazılanların dəqiqliyindən əmin olmaq da mütləqdir.

Lombardlar lisenziyasız fəaliyyət sahəsinə daxil olduğu üçün heç bir dövlət qurumuna hesabat vermirlər və fəaliyyət çərçivələrini də özləri müəyyən edirlər. Ona görə də bu kimi mübahisələrdən yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb - Ona etiraz bildirildi
15.07.2020
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO
15.07.2020
Dövlət Komitəsi bir qrup məcburi köçkünün şikayətinə münasibət bildirib
15.07.2020
İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi - FOTO
15.07.2020
Sabahın HAVA PROQNOZU