Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Generalın oğluna hökm oxundu- 4 İL 6 AY

00:17  |    18 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən P. Abbasov son söz deyib, məhkəmədən bəraət istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, R. Orucov 1 il 6 ay avtomobil idarə etmə hüququndan məhrum edilməklə 4 il 6 ay, müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror R. Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin hər birinin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, ötən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.10.2019
Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?
17.10.2019
Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib
15.10.2019
Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
15.10.2019
Tanınmışlar Əfqan Muxtarlının azadlığı üçün prezidentə müraciət etdilər
14.10.2019
Aprel qazisi ata oldu - FOTO