Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

FRANSA ƏDALƏTSİZDİR:Bakı etiraz edir

23:51  |    13 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Rəsmi Parisin məlumatı, razılığı olmadan heç bir erməni separatçı Fransanın sərhədlərini keçə bilməz.

Bu ölkə Minsk Qrupundan dərhal uzaqlaşdırılmalıdır

Bu günlərdə ermənilərin növbəti şousuna və qaragürühuna şahidlik etməkdəyik. Ermənistan hakimiyyəti ölkə daxilində baş verən sosial gərginliklər, xarici siyasət və cəbhədəki ardıcıl uğursuzluqları, həmçinin, işsizlik və yoxsulluğun artması, məşğulluğun aşağı düşməsi fonunda, ağır şəraitdə yaşayan erməni əhalisinin diqqətini yayındırmaq məqsədilə müxtəlif variantlara əl atmaqdadır.

İndi də Fransanın müxtəlif şəhərlərində "Qarabağ günləri”nin keçirilməsi və Ermənistanın işğal altında saxladığı Azərbaycan rayonları ilə Fransanın müxtəlif şəhərlərinin "qardaşlaşması” barədə məlumatlar dolaşmaqdadır. Azərbaycan Xarici işlər naziri erməni mediasında yayılan məlumatlara sərt münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, həmsədr Fransa qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəyə daxil olmasının qarşısını almalıdır: "2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalara təlimat göndərilib. Təlimatda yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilib, qadağa qoyulub. Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyil. Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün bu kimi özfəaliyyətlə məşğul olurlar”. Əslində indiyədək Fransanın bir neçə şəhər və qəsəbələri ilə bu cür "sənədlər” imzalanıb. Ancaq bu sənədlərin heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur. Fransanın ermənipərəst mövqeyi də çoxdan hamıya bəllidir. Sadəcə rəsmi Bakının tələbi odur ki, həmsədrlik missiyasını icra edən Fransa üzərinə götürdüyü öhdəliyə xəyanət edərək qondarma rejimin özünü leqallaşdırmağa çalışmasına şərait yaratmasın.

Mövzunu "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həllində ədalətli siyasət aparmır. Çünki onun siyasəti birbaşa Ermənistana dəstək və Qarabağ separatçılarını himayə etməkdən ibarətdir:

"Sirr deyil ki, məhz qondarma Qarabağ separatçılarının başçıları Fransanın müəyyən dövlət qurumları tərəfindən daima qəbul olunur. Təbii ki, rəsmi Parisin siyasəti Qarabağ münaqişəsinin nizamlanmasında onun vasitəçiliyini şübhə altına alır. Hesab edirəm ki, Fransanın bu siyasətinə qarşı Azərbaycan konkret etiraz etməli və bu dövlətin həmsədrlik institutundan uzaqlaşdırılması məsələsini qaldırmalıdır. Artıq Minsk Qrupunun fəaliyyətinə dinamika vermək, Fransanı digər ölkələrlə əvəz etmək lazımdır. Almaniyanın həmsədr ölkə kimi fəaliyyətə başlaması, Azərbaycanın maraqlarının qorunmasında və münaqişəyə ədalətli yanaşmada mühüm dönüş ola bilər. Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota verməli, Fransadan Qarabağ separatçılarına verilən dəstəyi kəsməyi xahiş etməlidir. Əlbəttə, bu ölkənin şəhər və qəsəbə başçılarının verdiyi qərarlar rəsmi Parisin razılığı olmadan həyata keçə bilməz. Parisin belə bir siyasət aparması beynəlxalq hüquqa ziddir”.

Siyasi ekspert Əli Orucov da "Şərq”ə bildirib ki, Parisin məlumatı və razılığı olmazsa, erməni separatçıları heç Fransanın dövlət sərhədlərini keçə bilməzlər:

"Fransa ilə Ermənistan arasında olan əlaqələr strateji xarakter daşıyır. Paris həmişə ermənilərin yanında olub. "Erməni soyqırımı”nı kriminallaşdıran, bu saxta iddiaları inkar edənlərə cinayət məsuliyyəti yaradan ölkələrdən biri məhz Fransadır. Sabiq prezident Sarokinin təbirincə desək, "Ermənistan Fransanın kiçik bacısıdır”. Bu yanaşma Parisin rəsmi mövqeyidir və Ermənistan həmişə bu dəstəyi alıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Fransanın qanunverici və digər qurumlarının yüksək rütbəli rəsmi şəxsləri etirazlarımıza baxmayaraq dəfələrlə qanunsuz səfərlər ediblər. İşğal olunmuş ərazilərimizdə Fransanın kapitalı, fransız şirkətləri və iş adamları ora sərmayə qoyublar. Müxtəlif üsullarla separatçı rejimlə əlaqələrini genişləndiriblər. Hətta Parisdə Dağlıq Qarabağın "nümayəndəliyi” də fəaliyyət göstərir”.

Ekspertin sözlərinə görə, bütün bunlar humanitar və mədəni əlaqələr kimi pərdələnir. Lakin hamısı separatçı rejimin tanıdılması istiqamətində planlı şəkildə atılan addımlardır:

"Mən rəsmi Parisin atdığı bu addımlara Azərbaycanın sərgilədiyi mövqeyi qənaətbəxş saymıram. Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına, BMT-nin və Avropa Parlamentinin işğalla bağlı qəbul etiyi qətnamələrə istinad edərək Fransanın qanunsuz əməllərinə qarşı daha sərt mövqe ortaya qoymalıdır. Fransa Ermənistanı himayə edən tərəf kimi ATƏT-in Minsk Qrupunda iştirak edə bilməz”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb