Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Evlərindən qızıl oğurlayan nəvə nənəsini öldürdü - VİDEO

19:25  |    10 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Abşeron rayonunda nəvə nənəsini qətlə yetirib.

ARB TV xəbər verir ki, hadisə Saray qəsəbəsi Üzümlük massivindəki həyət evlərindən birində qeydə alınıb.

Qəsəbə sakini Nihat Muradov mübahisə zəminində 67 yaşlı nənəsi Xaccabəyim Məhəmməd qızı Seyidəliyevanı bıçaqla vuraraq qətlə yetirib.

Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları dərhal cinayət başverən ünvanda olublar. Qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Məlumata görə, Nihat Hacıyev özünə mobil telefon almaq istəyib. Bu məqsədlə valideyinlərindən pul istəyib. Lakin valideyinləri ona pul verməyib. Bundan sonra Nihat evdəki qızılları oğurlayıb satmaq istəyib. Valideyinləri evdə olmayan zaman qızılları götürüb evdən qaçmaq istəyən Nihata onlara qonaq gələn nənəsi mane olmaq istəyib. Sonda məlum cinayət faktı qeydə alınıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdarmalar davam edir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Bakıda qonşu qonşunu bıçaqladı
28.05.2020
Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb
28.05.2020
Xaçmazda hadisə: Polisdən yayınmaq üçün özünü yerə çırpıb öldürdü
28.05.2020
Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi - SƏBƏB
27.05.2020
Markaryanın Bakıdakı qohumları kimdir?