Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Gerasimovun mühüm Bakı səfəri: Müharibə ehtimalı?

15:27  |    09 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


NATO və Rusiyanın yüksək rütbəli şəxslərinin görüş yeri olaraq növbəti dəfə Bakını seçməsi çox əlamətdar bir hadisədir. Bu o deməkdir ki, Bakı hər iki tərəf üçün məqbul şəhərdir.

Bu sözləri politoloq İlqar Vəlizadə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda gözlənilən görüşünü Axar.az-a şərh edərkən deyib. Ekspert bu görüşü “Azərbaycanın siyasi uğuru” adlandırıb:

“Bakı həm yerləşdiyi məkana, həm də regionun siyasi səhnəsində oynadığı rola görə seçilib. Eyni zamanda, danışıqlar üçün Bakının münbit infrastrukturasının olması və təhlükəsizlik baxımından önəmli yer tutması da mühüm amillərdəndir. Bu görüş ölkəmizin geosiyasi baxımdan mühüm oyunçu olmasından xəbər verir. Ukrayna böhranından öncə NATO-Rusiya, Rusiya-ABŞ, o cümlədən bu ölkələrin xarici işlər nazirləri arasında dialoq formatı var idi və tərəflər müxtəlif məsələləri müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlirdirlər. Bu format regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malik idi. Çünki ziddiyyətli problemlər məhz həmin formatlar daxilində yoluna qoyulurdu. Ancaq Rusiya-NATO, Rusiya-ABŞ formatı faktiki olaraq dayandığından proseslər xeyli mürəkkəbləşdi. Hazırkı vəziyyət yenidən danışıqlara qayıtmağı tələb edir. NATO və Rusiyanın yüksək rütbəli şəxsləri də məhz buna görə Bakıda bir araya gələcəklər”.

Politoloq hesab edir ki, sözügedən görüşün siyasi əhəmiyyəti olduqca böyükdür:

“Suriya, Ukrayna, Şimali Koreya və digər bir sıra təhlükəli proseslər ABŞ və Rusiya arasında III Dünya savaşına gətirib çıxara bilər. Rusiya və NATO rəsmiləri də məhz bu ehtimalları aşağı salmaq üçün Bakıda bir araya gələcəklər. Hər halda tərəflərin uzun müddətdən sonra danışıqlara qayıtması müsbətdir. Bundan öncə Bakıda baş tutan bənzər görüşlər də göstərir ki, gündəmdə olan ziddiyyətli məsələlərin həlli üçün yenidən danışıqlara başlamaq supergüclər üçün faydalı ola bilər”.

Qeyd edək ki, xarici mətbuatda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun yanvarda Bakıda görüşəcəyi deyilir.

Bu, tərəflər arasında 2013-cü ildən bu yana ilk görüş olacaq.

Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb