Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Xruşşovun Krımla bağlı qərarının YENİ DETALI:“Sakinlər ağlayaraq...”

02:17  |    09 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşov Ukrayna SSR-ni Krımı götürməyə məcbur etdi.

Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.

Onun sözlərinə görə, bu qərarın (Krımın Ukraynaya birləşdirilməsi –red.) verilməsi ərəfəsində yarımada sakinləri Xruşovu ağlayaraq qarşıladılar:

“Nikita Xruşşov, biz burada yaşaya bilmirik, biz burada işləyə bilmirik, bizi buradan aparın”, - sakinlər deyirdilər. Xruşov Kiyevə - Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinə gəlir… Və deyir: siz Krımı özünüzə götürməlisiniz. Xruşşov Krımı Ukraynaya hədiyyə etmədi, o, Ukraynanı Krımı özünə götürməyə məcbur etdi”.

Onun sözlərinə görə, Ukrayna 1954-cü ildən Krıma yüz milyard dollardan çox pul qoyub:

“Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunda ona əsaslanırdılar ki, Ukrayna Odessa, Herson və Nikolayev vilayətlərindəki təcrübəyə malik olaraq Krıma kömək edə bilər. Belə də oldu və Krımı ayağa qaldırdı. Və indi Krım zəbt etdilər, həmçinin bizə sübut edirlər ki, bu qayıdışıdır”.

Xatırladaq ki, Xruşovun təşəbbüsü ilə 1954-cü ildə Krım Ukrayna SSR-nin (19 fevral 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə) tərkibinə verilib. Xruşov bu qərarı Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə vermişdi.

2014-cü ilin Maydan hadisələrinin gedişatında isə yarımada Rusiya tərəfindən ilhaq edilib. Moskva Krımın referendumun nəticəsi olaraq Rusiyaya birləşdirildiyini bildirir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb