Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Tanınmış jurnalist oğurlandı

15:47  |    09 May 2015  |   E-mail  |  Çapa göndər

Meksikada tanınmış jurnalist Xavyer Kano oğurlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerrero ştatının İquala şəhərində baş verib.

Qerrero ştatının baş prokuroru Miqel Anxel Qodinesin sözlərinə görə, Xavyer Kano və onunla birlikdə olan daha 3 nəfər avtomobildə hərəkət edərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Avtomobil İquala və Teleloapan şəhərlərini birləşdirən şosedə aşkarlanıb.

Xatırladaq ki, ötən il sentyabrında İquala şəhərində oğurlanan 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşması tərəfindən qətlə yetirilmişdi. Polis əməkdaşları silahlı mülki şəxslərin müşayiəti ilə təhsil islahatlarına qarşı etiraz aksiyası keçirən tələbələrə hücum etmişdilər. İstintaq zamanı müəyyən edilmişdi ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Belarus prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqladı
14.08.2020
13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ
14.08.2020
Paşinyan BBC-nin efirində pis vəziyyətə düşdü - VİDEO
14.08.2020
Hindistanda COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir
14.08.2020
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi