Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

At sahibəsi ilə vidalaşmağa gəldi - HAMI GÖZ YAŞINA BOĞULDU - VİDEO

21:39  |    04 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


İngiltərəli Şeyla Marş 21 il Heydok-park hipodromunda çalışıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, atlar onun həyatında həmişə mühüm rol oynayıb. Xüsusilə Şeyla lap körpəlikdən qulluq etdiyi, böyütdüyü və sevdiyi "Broven" adlı ata çox bağlı olub. Onlarin dostluğu 20 il çəkib.

Həkimlər 77 yaşlı Marşa xərçəng diaqnozu qoyublar. Ölüm ayağında o, yalnız bir arzusunu bildirib: bir dəfə sevimli atı "Bronven"i görmək istəyir.

Şeylanın vəziyyəti gün-gündən pisləşdiyinə görə, qızı Tina Marş anasının yatdığı Uiqanedəki xəstəxananın əməkdaşlarına kömək üçün müraciət edir.

Tibb personalı ölməkdə olan qadının son arzusunu həyata keçirməyə söz verirlər.

Sanitarlar qadının yatdığı çarpayını bayırda onu gözləyən atların yanına gətiriblər. Təbii ki, "Bronven" də onların arasında olub.

Sevimli atı ona yaxınlaşanda Şeyla artıq "göyün yeddinci qatı"nda idi. Son nəfəsində, son gücünü toplayan qadın atın adını çəkdi. "Bronven" burnu ilə onun yanağına toxundu. Tinanın sözlərinə görə, anası son günündə danışa bilmirmiş. "Lakin o, aydın şəkildə "Bronven"i çağırdı və onu öpməyi xahiş etdi".

"Bronven" əyildi və vidalaşmaq üçün Şeylanı öpdü.

Bu səhnədən təsirlənən ətrafdakı tibb bacıları göz yaşlarını saxlaya bilməyiblər. Tina bildirir ki, bu, bir növ təsəlli oldu. Anam bu ata 18 və ya 19 il qulluq edib. O zaman atın 7 yaşı olub.

Canlı varlıqlar olan həm insanlar, həm də heyvanlar arasında güclü bağlılıq olur. Görünür biz ürəyimizdə olan insanlara görə yaşayırıq və bu ruh yaxınlığı sərhəd tanımır. Görünür Şeyla da sevimli atı ilə vidalaşmamış həyatdan gedə bilməyib...

Qaziler.az bu təsirli hadisədən hazırlanmış videoçarxı təqdim edir:



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Bu gün ərə gedən aparıcı toya cənazə maşınında gəldi - Fotolar
13.09.2019
Cümə günü, ayın 13-ü nəhs gündür? - Din xadimi: “Təxribat aparıblar ki…”
11.09.2019
İki arvadı tərəfindən döyüldü - Boşanmadan üçüncünü almaq istəyirmiş - VİDEO
07.09.2019
73 yaşında əkiz doğan qadının əri iflic oldu
03.09.2019
Balasını qorumaq üçün filə hücum edən ana kərgədanın fədakarlığı - VİDEO