Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Pensiyalar nə qədər və hansı qaydalarla artırılacaq? - VİDEO

13:25  |    26 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Yaşa görə pensiya alanlar ümumi pensiyaçıların 65 faizdən çoxunu təşkil edir.

Qaziler.az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, 2006-cı ildən qüvvədə olan qanunda yaşa görə pensiya təyin edilmiş şəxslərə pensiyada olma orta müddət qəbul olunub. Bu, 12 il, yəni 144 ay edir. Bu o deməkdir ki, 2006 ci ildən sonra istənilən vətəndaş yaşa görə pensiya təyin edildikdə, onun fərdi hesabında olan pensiya kapitalı və yaxud 2006-ci ilə qədər əmək stajında təsdiq olunmuş hər iş ilinə görə nəzərdə tutulan pensiya kapitalının cəmi 144 aya bölünür. 2006-ci ildən sonra fərdi uçot məlumatlarının üzərinə yeni kapitallar əlavə olunur. Beləliklə, ümumi məbləğ artır.


Təhsil və səhiyyə sektorlarında nisbətən az əməkhaqqı ilə çalışan yaşa görə əmək pensiyalarını yenidən hesablanması nəticəsinə əməkhaqlarında da fərdi qaydada artım müşahidə olunub. Eyni zamanda əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödəniləcək.


Dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq əməkhaqqının, illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

Hesablama qaydaları elektron hökumət portalında Ədliyyə Nazirliyinin hüquqi aktlar dövlət reyestri xidmətinə yerləşdirilib. Vətəndaşlar bura daxil olaraq, elektron qaydada öz pensiyalarını hesablaya bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
8 minədək uşaq sosial xidmətlərlə təmin olunur
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”