Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6667

Digər sorğular

Rusiyanın içinə sızan ermənilər - VİDEO

14:11  |    21 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Rusiya mediasında bir çox qurumların ermənilərin təsir dairəsində olması faktı sirr deyil. Amma maraqlısı bundan ibarətdir ki, Rusiya vətəndaşı olan bu ermənilər adətən vətəndaşı olduqları ölkənin yox elə Ermənistanın maraqlarına xidmət edirlər.

Hətta bu rəsmi Moskvanın maraqlarına zidd olsa belə. Onlar üçün əsas Ermənistanın maraqları olduğunu göstərən növbəti nümunə isə Qazprom media holdinqinin rəhbərinin Serj Sarkiyan tərəfindən qəbul edilməsidir.

Ermənistan Rusiyada strateji əhəmiyyət kəsb edən yerlərə öz adamlarını yerləşdirməklə nəyinki öz maraqlarını təmin edir hətta bəzən Rusiyanın maraqlarını da gözardı edir.

Rusiya Xarici İşlər Nazirliyində ermənipərəst qüvvələrin özünə məskən salması və bir çox məsələlərdə bu qurumun sırf Ermənistanın maraqlarına uyğun addım atması heç kəs üçün sirr deyil. Ermənistanın daxilə sızma siyasəti ən qabarıq şəkildə mediya sahəsində özünü göstərir. Erməni əsilli Rusiya vətəndaşları olan bu şəxslərin əsas məqsədi isə Rusiyanın yox, Ermənistanın mənafeini güdməkdi.

Elə Qazprom media holdinqin rəhbəri Rafael Minasbekyanın Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən qəbul edilməsi, onunla geniş müzakirələr aparması bu holdinqin fəaliyyətinin nədən ibarət olacağına şübhə yeri qoymur. Media eksperti Azər Həsrət bildirir ki, bu ermənilərin tarix boyu Rusiya adı ilə pərdələnib öz məkrli siyasətlərini davam etdirmək planının ardıdır.

Xatırlatmaq yerinə düşər ki, Rusiyada fəaliyyət göstərən bir sıra məhşur media orqanlarının rəhbər şəxsləri də ermənidir. Məsələn Russia Today kanalının rəhbəri Marqarita Simonyan, Life nyus kanalının rəhbəri Aram Qabrielyandır. bundan əlavə bir çox media orqanlarında da ermənilər mühüm postlara yerləşdiriliblər. Onlar öz fəaliyyətlərində bir sıra hallarda nəyinki Rusiya maraqlarına xidmət etmir əksinə Rusiyanın əleyhinə işləyirlər. Bir müddət əvvəl Rusiya və Türkiyə münasibətlərinin gərginləşməsi fonunda bu fəaliyyət daha aydın özünü göstərirdi. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyində təmsil olunan ermənilərlə mediadakı həmfikirləri əl bir olub. İki ölkə arasındakı münasibətlərikorlamaq üçün əlindən gələni etidrdi. Heç şübhəsiz ki, bu ilk növbədə elə Rusiyanın özünə vurulan bir zərbə idi.

Təbii ki onların fəaliyyətində Azərbaycan əleyinə propoqanda xüsusi yer tutur. Əslində burada təəcüblü heç nə yoxdur. Amma iş burasındadır ki, bu fəaliyyət ilk növbədə Azərbaycan Rusiya münasibətlərinin korlanmasına yönəlib. Yəni yenə tərəflərdən biri Rusiya olduğu üçün Rusiya vətəndaşı olan ermənilər bu məsələdə Ermənistanın maraqlarını rəsmi Moskvanın maraqlarından üstün tutur.

Rusiyanın bunun fəsadlarını indidən hesablamsı üçün kifayət qədər nümunələr var. Nasist Qaregin Nijde və Drastamat Konayanın Ermənistanda qəhraman elan olunması o qədər də uzaq keçmiş deyil. (xezerxeber.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Putin Donbası Kiyevə qaytarır – Sensasion gəlişmə
28.01.2020
Ərdoğan: “Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır”
27.01.2020
KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-a məxsus ola bilər - VİDEO
27.01.2020
Daha bir ölkədə koronavirus aşkarlanıb
27.01.2020
Brayantın öldüyü helikopterin pilotu erməni imiş