Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

İranda otel yandırılıb

19:37  |    08 May 2015  |   E-mail  |  Çapa göndər

İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində minlərlə sakin etiraz aksiyası keçirib.

APA-nın “Spigel”ə istinadən verdiyi məlumata görə, oteldə işləyən xadimə qızın ona təcavüz etmək istəyən şəxsdən qorunmaq üçün binanın 4-cü mərtəbəsindən atmasına etiraz edən sakinlər binanı yandırıblar.

Kürddilli mətbuatın yazdığına görə, hadisə həftənin birinci günü baş verib. Oteldə qalan məmur 25 yaşlı xadimə qıza qarşı seksual hərəkətlər edib. Məmur otel rəhbərliyinə mehmanxananın 5 ulduz almasını təmin edəcəyinə söz verib. Məmurun təklifi ilə razılaşmayan qadın 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən ölüb. Şəhər meri Cəfər Kətani təcavüzə cəhd faktını təsdiqləyib.

Şübhəli şəxs həbs olunsa da, ötən gün binanın qarşısında minlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları otel binasını yandırıblar və yanğın bütün mərtəbələrini əhatə edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Təhlükəsizlik xidməti əməkdaşları aksiyanı gözyaşardıcı qazın köməyi ilə dağıtmağa çalışıb. Bir neçə nəfər xəsarət alıb.

Xatırladaq ki, Mahabad Qərbi Azərbaycan vilayətinin əhalisinin əksəriyyəti etnik kürdlərdən ibarət olan şəhəridir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Rusiya erməni müxbiri deport edir – Qalmaqal
04.07.2020
Erməni terrorçu ABŞ prezidentini niyə öldürmək istəyib - Saakaşvilidən açıqlama
04.07.2020
Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü
04.07.2020
Koronavirus mutasiya nəticəsində aqressivləşib? - ÜST-dən açıqlama
04.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb - STATİSTİKA