Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Sumqayıt yolunda gecə klubu kül oldu - Video

16:19  |    19 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Bakı-Sumqayıt yolunda gecə klublarından biri yanır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, şahidlər az öncə başlayan və sürətlə yayılıb bütün kafeni əhatə edən yanğının söndürülməsi üçün FHN-nin bir neçə yanğınsöndürmə briqadası olay yerində çalışdığını bildiriblər.

Olayla bağlı Fövqəladə Hallar Nazirliyi də açıqlama yayıb. Bildirilir ki, Sumqayıt şəhərində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan yoxdur.

***

Yanğınla bağlı FHN növbəti açıqlama yayıb.

Məlumatda bildirilir ki, Abşeron rayonu ərazisində ümumi sahəsi 2725 m2 olan ikimərtəbə və mansardadan ibarət kafenin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 m2 sahədə, 2-ci mərtəbəsi və mansardı 1075 m2 sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb
23.02.2020
Lənkəranda zəlzələ oldu
23.02.2020
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb
23.02.2020
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss edildi
22.02.2020
Lerikdə “UAZ dərəyə aşdı - 1-i azyaşlı olmaqla 2 nəfər öldü