Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6665

Digər sorğular

Bakıda sürücü sükan arxasında döyüldü və qəza törətdi - VİDEO

16:49  |    19 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Bakıda sükan arxasında döyülən sürücü qəza törədib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Nurlan Həsənli idarə etdiyi 99-FD-939 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ilə Akim Abbasov küçəsindən sağa - Şəfayət Mehdiyev küçəsinə dönən zaman avtomobildə tanışı olan bir qadın və bir kişi ilə mübahisə edib. Mübahisə zamanı sürücü N.Həsənli döyülüb. Bu zaman N. Həsənli idarəetməni itirərək yol kənarında motosikletləri təmir edən 1992-ci il təvəllüdlü Hüseynov Röyal Rəcəb oğlunu vurub.

Daha sonra idarəetmədən çıxan maşın 90-VB-577 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil arxasında dayanan sonuncu avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cəmiyev Elçin Yaşar oğlunu vuraraq avtomobilə çırpıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Cəmiyev koma vəziyyətindədir.

Avtomobildə olan N.Həsənliyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Əraziyə cəlb edilən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü və sərnişinləri saxlayıb.

Araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.01.2020
İsmayıllıda Qəbələyə turist aparan avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var - FOTO
25.01.2020
TƏBİB it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama yayıb
25.01.2020
Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən təxliyyə olunur
25.01.2020
Bakıda it dişləyən məktəbli ölüb
25.01.2020
Bakıda avtobus qəzası: yaralılar var