Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

01:28  |    18 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

NATO Baş katibi Yens Stoltenberq alyansın çevik reaksiya qüvvələrini son üç il ərzində üç dəfə artırdıqlarını bəyan edib.

Virtualaz.org xəbər verir ki, Stoltenberq bu barədə “Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

“2014-cü ildə Ukraynada başlayan böhrandan sonra alyans son illərin ən ciddi hərbi mobilizasiyasını həyata keçirdi. Biz NATO-nun çevik reaksiya qüvvələrini üç dəfə-40 min nəfərə qədər artırdıq. Onlardan 5 mini bir neçə gün ərzində döyüşə hazırlığı vəziyyətinə gətirilə və mümkün hərbi əməliyyatlar zonasına göndərilə bilər”-Stoltenberq dəqiqləşdirib.
Baş katibin sözlərinə görə, NATO təlimlərin də sayını artırıb, Baltik regionunun hava məkanında patrul uçuşlarını intensivləşdirib.

Stoltenberq əlavə edib ki, alyans üçün kiberhücum ciddi təhlükə kəsb edir və bununla əlaqədar kiberməkanı hərbi məsuliyyət zonası elan etmək qərara alınıb. “Bu isə o deməkdir ki, ciddi kiberhücum NATO-nun kollektiv müdafiə barədə 5-ci bəndinin işə düşməsinə gətirib çıxara bilər”-Baş katib deyib.

Stoltenberq bütün bu tədbirləri, o cümlədən NATO-nun iki komanda məntəqəsinin yaradılmasını Rusiyanın aqressiv hərəkətləri ilə izah edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb