Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Qəzzafinin demokratiya açıqlaması-“Dimu-karasi”

21:19  |    16 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

Şekspir əslində ərəbdir.

Axar.az xəbər verir ki, bu sözləri əslən türkman olan türkiyəli yazar Hüsnü Mahallinin “Dimu-Karasi – Yaxın Şərq diktatorları” kitabının Liviyanın mərhum lideri Müəmmər Qəzzafiyə aid olan hissəsində yer alıb. Qəzzafi ilə görüşdüyü anlardan birinə yer verən yazar onun əslində Şekspiri suriyalı hesab etdiyini bildirib:

“1986-cı ilin aprelində, bir sıra jurnalistlərin də olduğu toplantıda Qəzzafi ilə söhbət edirdik. Söhbətimizin mövzusu demokratiya və azadlıqlar üzərinə gəldi. Qəzzafi də bundan inciməyərək, məsələni Qərb ölkələri üzərinə gətirdi:

“Baxın, Qərbdə hər zaman pulu olan partiyalar və şəxslər qalib gəlirlər. Yəni kapitalist partiyalar. Eynilə bizim krallıqlara bənzəyirlər. Demokratiya belə Qərbin ixtira etdiyi anlayış deyil. Bu kəlmənin orijinalı ərəbcə ola bilər. Hətta latın və yunanca da deyil. Demokratiya “dimu-karasi” sözündən götürülüb. Mənası “daima taxtda oturmaq” deməkdir. Taxtı ələ keçirən siyasətçi nəyin hesabına olur-olsun, taxtı, yəni iqtidarı heç kimə vermir”.

Hamımız bir yerdə güldük.

Bir dəfə Şekspir üçün ərəb olduğunu demişdi. Onun fikrincə, Şekspirin adının orijinalı “Şeyx Zübeyr” idi. Həm də Şekspir suriyalı idi. Cəsarətimi toplayıb araya girdim və ona digər ərəb liderlər kimi 17 ildir taxtda oturduğunu söylədim. Gülməyə başladı və “Doğrudur, amma mən taxtda oturmuram. Mən 1 sentyabr inqilabının lideriyəm. Ölkəni mən yox, xalq komitələri idarə edir. Bunu ən yaxşı da sən bilməlisən! “Yaşıl kitab”ı ərəbcədən türkcəyə sən çevirmisən”, dedi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır
04.06.2020
Gözlənilməz görüş: Sisi Haftarı qəbul etdi
04.06.2020
Türkiyə iki ölkə ilə sərhədlərini açdı