Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Putin Ərdoğanı pis vəziyyətdə qoydu – VACIB MÜQAVİLƏDƏN İMTİNA EDİLDİ

19:53  |    15 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı S-400 raket sistemlərinin satışı ilə bağlı müqaviləni imzalamaqdan son anda imtina etdi.

Muxalifet.az xəbər verir ki, bu sözləri “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnik öz məqaləsində qeyd edib.

O bildirib ki, hətta bunun üçün liderlərin olduğu kürsüyə böyük masa gətirilmişdi:
“Putin və Ərdoğanın ikitərəfli görüşü gözləniləndən qısa oldu. Rusiyalı nümayəndələr heyətlərarası görüşün hələ çox sonra başlayacağını düşünürdü. Lakin görüş salonuna qısa zamanda dəvət edilmələri onlarda çaşqınlıq yaratdı. Daha sonra Ərdoğan və Putinin iştirak etdiyi mətbuat konfransında qəribə olaylar baş verdi. Xidmətçilər böyük bir masanı çətinliklə kürsüyə qaldırdı. Qarşısına da iki qələm və iki oturacaq qoydu.

Tərəflərin müqavilə imzalayacağı gözlənilirdi. Lakin gözlənilən olmadı. Prezidentlərin masa arxasında əyləşmələrinə bir neçə dəqiqə qalmış böyük masa kürsüdən götürüldü. Rusiyalı nümayəndələrdən bir tanış həmin masanın S-400 razılaşması ilə bağlı gətirildiyini dedi. Sonradan isə jurnalistlərdən bu yöndə sual almayan Putin məsələni özü cavablandırdı. O, bildirdi ki, kredit proseduru yekunlaşdıqdan sonra S-400-lə bağlı imzalanma mərasimi olacaq. Beləliklə, ən dərin razılaşmalar Ərdoğanla oldu”.
Qeyd edək ki, dünən tərəflərin görüşü Ankarada baş tutub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır
04.06.2020
Gözlənilməz görüş: Sisi Haftarı qəbul etdi