Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6395

Digər sorğular

Tərlan Əhmədov: "Yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar"

03:50  |    15 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

"İlk növbədə, bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdur. İlk hissədə daha maraqlı oynadıq.

Ancaq ikinci hissədə rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm".

"Report
"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Zirə"ni 2:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

-İqnasio Erreraya oyun zamanı narazılığınız oldu. Onu buna görə əvəzlədiniz?

- Onun gücü artıq tükənmişdi. Bu oyun aqressivliyi hiss olunurdu. "Neftçi” son illərdə çempionatda "Zirə”yə qalib gələ bilmirdi. Errera son dəqiqələrdə yorulmuşdu.

-Qış hazırlıq planı hazırdır?

- Bəli, hazırdır. Yanvarın 5-dən hazırlığa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdır.

Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiniz?

- Elə oyunçular var ki, potensialından çox aşağı oynayır. Onlardan biri də Namiqdir. Mən hələ də onun potensialını aça bilmirəm. Bura "Neftçi”dir. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidir, rəqabət olmalıdır. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdur.

-O, qışda komandadan ayrılacaq?

- Xeyr, onun ayrılması gündəmdə deyil.

-Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Ancaq onun bağışlanmaq ehtimalı var. Bağışlansa, komandanıza transferi nə dərəcədə mümkündür?

- Appelyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdır. "Neftçi” tarixi olan komandadır. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.

-Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...

- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harada olmasını menecerindən soruşun.

-Mirabdulla Abbasovun oyunu barədə nə deyə bilərsiz?

- Onun potensialı çoxdur. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin onun ən pis xüsusiyyəti tənbəlliyidir. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədir ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.

-Bugünkü oyunu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsüz?

- Hələ ki, görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşərək, fikir mübadiləsi apara bilərik.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2019
Ziya Məmmədov: “Allahı sevirəm, əməli-saleh olmağa çalışıram” - MÜSAHİBƏ
11.07.2019
Yevda Abramov: "Yəhudi lobbiçiliyi daim Azərbaycanın yanındadır" - MÜSAHİBƏ
10.07.2019
“Heydər Əliyevin kabinetinə daxil olanda həyəcandan əsirdim” - MÜSAHİBƏ
03.07.2019
Hulusi Kılıç: “Mənim yanımda heç kim Azərbaycan əleyhinə danışa bilməz”
19.06.2019
Gənc yazıçıdan AYB-yə şok ittihamlar - “Rayonlara gedib, icra başçılarından pul alırlar... “