Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Arktikada buz son 1500 il ərzində İLK DƏFƏ daha sürətlə əriyir-Planetə təhlükə

23:09  |    14 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

Qlobal istiləşmə ilə əlaqədar Arktikada buz son 1500 il ərzində olduğundan daha sürətlə əriyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Okeanların və atmosferin tədqiqatı Milli İdarəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2017-ci ildə arktik buz qatının qalınlığı 1981-2010-cu illərdə olduğundan 25 faiz azdır. Buz qatının qalınlığı isə azalmaqda davam edir. 2016-cı ilin oktyabrından 2017-ci ilin sentyabrınadək Arktikada orta illik temperatur əvvəlki illərə nisbətən 1,6 dərəcə yüksəlib.

Tədqiqatçılar xəbərdarlıq edir ki, Arktikada havanın və suyun temperaturunun artması atmosfer axınlarının istiqamətini dəyişə bilər ki, bu müxtəlif qitələrdə iqlim anomaliyalarına gətirib çıxaracaq: "Arktika buzunun əriməsi regionun flora və faunasına ciddi təsir göstərəcək. Arktikada baş verənlər bütün planetdə əks olunacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Lukaşenko Belarus hökumətini istefaya göndərib
03.06.2020
Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan PKK-çı təslim olub
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb