Yunanıstanda “Rubikon” adlı qruplaşmanın anarxistləri Səudiyyə Ərəbistanının Afinadakı səfirliyinə hücum ediblər.

Anarxistlər bunu Səudiyyə Ərəbistanının ötən gün husi qiyamçılarını bombalamasına etiraz aksiyası olduğunu bildiriblər. Həmin bombalama nəticəsində 39 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Qeyd edək ki, “Rubikon” cari ildə dəfələrlə müxtəlif müəssisələrin binasına hücum edib. Bu il noyabrın 17-də anarxistlər Yunanıstanın Müdafiə Nazirliyinin binasına soxulub və Baş Qərargahın binasına daxil olmağa çalışıblar. Oktyabrda isə onlar İspaniyanın Afinadakı səfirliyinə soxulublar.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər