Səudiyyə Ərəbistanının yarı-rəsmi mətbuat orqanlarından olan “Ulkaz” qəzeti PKK terrorçusunu təşkilatın “xarici işlər naziri” kimi təqdim edib.

Müsahibə təxminən 3 ay əvvəl İraqın şimalındakı Qəndil dağında baş tutub. Rza Altun müsahibədə PKK-nın Suriyadakı rejim qüvvələri və ABŞ-la əlaqələrini məcburiyyət adlandırıb. Jurnalistin ABŞ və Rusiya ilə münasibətləri barədə sualına isə terrorçu lider ABŞ-la siyasi cəhətdən müxtəlif düşündüklərini bildirib.
Rza Altundan müsahibə alan ərəb jurnalist Abdullah Qadvi bunun özü üçün böyük bir fürsət olduğunu açıqlayıb:
“Bir jurnalist olaraq terrorçu adlandırılan və Türkiyə tərəfindən axtarışda olan biri ilə görüşmək mənim üçün böyük fürsətdir”.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər