Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Ermənistanda bir sıra terror aktı hazırlanıb, ABŞ vətəndaşı saxlanılıb

18:04  |    14 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Ermənistanın Milli Təhlükəsizlik Xidməti əsas məqsədi ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsi olan cinayətkar şəbəkənin üstünü açıb.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində milliyətcə erməni olan ABŞ vətəndaşının "Facebook" sosial şəbəkəsində səhifə açdığı və orada "Ədalət döyüşçüləri" qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında material dərc etdiyi müəyyənləşdirilib. Elə həmin səhifənin vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.

İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalinin qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. O, özü də bu işə təkcə Ermənistanda yaşayanları yox, həm də ondan kənarda yaşayan erməniləri cəlb etməyə çalışıb. Bundan əlavə, saxlanılan şəxs həmçinin məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Lukaşenko Belarus hökumətini istefaya göndərib
03.06.2020
Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan PKK-çı təslim olub
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb