Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Fələstin prezidenti: “Qüds Fələstinin paytaxtı olacaq”

18:37  |    13 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


“ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”.

Qaziler.az “Report”-a istinadən xəbər verir ki, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısında bildirib.

“O, bununla özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb”, - o vurğulayıb.

M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirliməsinə qarşı müqavimət göstəməkdir: "ABŞ beynəlxalq hüququ saymır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin paytaxtı olacaq. Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq. Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlarının azad edilməsi bizim haqlı tələbimiz içərisində yer almaqdadır".

O vurğulayıb ki, Fələstin Dövlətinin paytaxtı olan Qüdsü müdafiə edəcəklər: "Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Lukaşenko Belarus hökumətini istefaya göndərib
03.06.2020
Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan PKK-çı təslim olub
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb