Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6655

Digər sorğular

İlham Əliyev beynəlxalq konfransda Ermənistanın işğalından DANIŞDI

15:14  |    01 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın təhlükəsizliyi Ermənistan təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal altında saxlayır".

İlham Əliyev bildirib ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

"Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ regionunda və 7 ətraf rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və hesabatlar göstərir ki, bu ərazilərdə vandalizm əməlləri törədilib. Bizim şəhərlərimiz, kəndlərimiz, məzarlıqlarımız, məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb".

Prezident xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib: "Status-kvo qəbuledilməzdir. Bu, yalnız Azərbaycan tərəfindən deyil, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də bəyan edilir. Bu ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir və qəbuledilməzdir".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2020
Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib
20.01.2020
Ukraynalı deputat: "Bakıda törədilən qırğın Sovet imperiyasının iç üzünü açdı"
20.01.2020
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
20.01.2020
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB
20.01.2020
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb