Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Sarkisyanı dəli edən animasiya filmlərimiz - APA TV-də müzakirə

14:57  |    01 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Bir müddət əvvəl bizim sosial şəbəkələrdə və kirpi.info saytında Ermənistan, Sarkisyanla bağlı yerləşdirilən animasiya filmləri geniş əks-səda, Ermənistanın özündə isə qıcıq doğurdu.

Ümumiyyətlə informasiya savaşında ədəbiyyat və incəsənətin rolu nədən ibarətdir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.



Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, hazırladıqları animasiya filmləri ermənilərə ciddi təsir edib: "Onların "Kill Dim" adlı animasiya serialı vardı, orada Azərbaycan əsgərinin həmişə alçaldılmış obrazını yaradırdılar. Erməni əsgərini isə nəcib, dünyanın ən yaxşı əsgəri kimi göstərirdilər. Uzun müddət buna cavab verilmirdi. Cizgi filminin ortaya çıxma səbəbi də bu idi ki, ermənilərə öz dilləri ilə cavab verək". V.Məmmədov bu filmlərin eyni zamanda Ermənistan cəmiyyətinə ismarıc verdiyini deyib.

Yazar Vüsalə Məmmədova deyib ki, informasiya müharibəsində vaxt itkisindən söhbət gedə bilməz: "Dil kurslarının hər biri bir Xocalı övladına təmənnasız dil öyrətsəydi, o da öz hekayəsini dünyanın anlaya biləcəyi dildə danışa bilərdi".

Hərbi ekspert Rəşad Süleymanovun sözlərinə görə dünyada informasiya müharibəsini aparan media deyil: "Biz Lələtəpəni, yaxud Talışı Abdulla Qurbaninin şerləri ilə almamışıq. İnformasiya müharibələri dövlətin müvafiq strukturları tərəfindən planlaşdırılır, qüvvə və vasitələrin cəlbi ilə aparılır. Media sadəcə bu arabanın təkərlərindən biridir".

Karikaturaçı rəssam Cavad Qafar isə animasiya sənətinin xüsusiyyətlərindən danışıb.

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

(apa.tv)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO