Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Ermənilərin şərlədiyi, ingilislərin tutduğu Nuru Paşanın həbsxanadan qaçırılması- Xatirələr

14:23  |    01 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.

Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında Bakının qurtuluşu və qurtuluşun memarı olan Nuru Paşa, onun Qafqaz İslam Ordusu barəsində də yazılar təqdim edəcəyik. Çünki 28 May tarixi bizim üçün nə qədər önəmlidirsə, Bakının xilas olunduğu 15 sentyabr da (1918) o dərəcədə əhəmiyyətlidir. Odur ki, bu şanlı tarixi gün və onun səbəbkarları da unudulmamalıdır.

Bu dəfə Nuru Paşanın ingilislər tərəfindən həbsi və bizimkilərin onu həbsxanadan qurtarmasından danışacağıq. Hadisə 1919-cu ilin avqustunda baş verib. Nuru Paşa Bakını xilas edib Azərbaycan Cümhuriyyətinə təhvil verməklə, başda ingilislər olmaqla, bir qrup yadellinin mənfur planlarını pozdu.O səbəbdən ingilislər, bir müddətdən sonra Nuru Paşanı həbs etdilər. Paşa öz xatirələrində bu barədə yazır:

“İstanbul hökumətinin son əmri ilə, Azərbaycanda bir nəfər də Osmanlı zabiti və əsgərinin qalmasına icazə verilmədiyi üçün qalmaq istəyənlərin sayı bir neçə nəfərə qədər azaldı. İngilislər Azərbaycan hökumətinə təzyiq göstərərək osmanlıların qalmasına mane oldular. İngilislərin təsiri ilə, Azərbaycan hökuməti Osmanlı komandanlığı vasitəsilə şəxsən özləri mənə müraciət edərək Azərbaycandan uzaqlaşmağımı istədilər. Əslində, ingilis komandanlığı Azərbaycanın müstəqilliyini ordumuz kimi müdafiə edirdi. Qarabağda müsəlmanlara hücum etmək istəyən erməniləri qorxutmuş və uzaqlaşdırmış, Lənkəran və Muğanın Azərbaycana tam birləşdirilməsinə yardım etmişdi. İngilislərin bu əlverişli hərəkətlərinə mane olmamaq üçün Azərbaycanı tərk etməyə qərar verən bir neçə yoldaşla, gələcəkdə qayıtmaq fikrilə Batuma getdik. Artvin və Ərdəhan yolu ilə Qarsa gəldim. Şevki Paşanın qərargahında bir gün qalıb, sonra Ərzurum yolu ilə Trabzona gəldim. İstanbula gedəcəyim gün gəmidən polis tərəfindən çıxarılaraq, Müdafiə Nazirliyinə gətirildim. Bir gün Bəkirağa hərbi hissəsində qaldım. O biri gün məni ingilislərə təhvil verdilər. İngilislər də məni Batuma apararaq beş ay Ərdəhan qışlalarında, bir ay da İvanovka hərbi hissəsində həbsdə saxladılar”.



Məhz belə bir vaxtda Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli Əks Kəşfiyyat İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlının yanına çağıraraq deyir ki, bizim Nuru Paşaya dövlət borcu ilə yanaşı, həm də bir qeyrət borcumuz var. Onu mütləq xilas etmək lazımdır.

Ancaq rəsmi yolla Nuru paşanı azad etmək mümkün deyildi. Bir tərəfdən ingilis qoşunları komandanlığı, digər tərəfdən də erməni daşnakları Nuru paşanı sağ buraxmaq istəmırdilər. Belə olanda başqa vasitələrə də əl atıldı.

Bu barədə Nağı Şeyxzamanlı öz xatirələrində çox maraqlı faktları qeyd edir:
“Günlərin bir günü Gəncədə idim. Eşitdim ki, ingilislər Nuru Paşanı tutub Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına verəcəklər. Buna səbəb guya Bakının azad olunması vaxtı “erməni qırğını” törədilib. Tez Bakı ilə telefon danışığı apardım və xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir arayış almaq lazım idi ki, Nuru Paşa Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb hürriyyət verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını, bu yaxşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru Paşaya təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması üçün Gəncənin irəli gələnləri ilə bərabər erməni milli təşkilatına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım. Çünki həqiqət barədə arayış istəyirdim. Ancaq ermənilər xahişimizi rədd etdilər: “Biz uşaq deyilik. Çox yaxşı bilirdik ki, Nuru Paşanın bizə pislik etməməsi məqsədli idi. O gözlədi ki, Bakını tutub oradakı qırğını bitirsin və ondan sonra bizə “hücum etsin”. Ancaq mütarikə oldu, Osmanlı ordusu buna vaxt tapa bilmədi”.



Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə görüşərək arayışı almadığımı və çox kədərli olduğumu söylədim. Nəsib bəy dedi: -Bəli, mən səni heç bu qədər kədərli görməmişdim“.

Mən də dedim: "Nəsib bəy, ermənilər çox naşükürlük etdilər. Nuru Paşanın haqqı olan arayışını mənə vermədilər".

Nəsib bəy gülərək dedi: -Üzülmə, Nuru Paşanın azad olmasının daha asan yolu var. Batumdan xəbər aldım. Hopa bəyləri plan hazırlayıblar. Nuru Paşanı basqın ilə qurtaracaqlar. Ancaq pula ehtiyacları var. Sən 200 min manat götür Batuma get".

"Əmr et, pul versinlər, axşam yola düşüm" - sevinərək dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor Mahmud bəylə görüşdüm. Məsələni ona anlatdım və Nuru Paşa ilə görüşüb-görüşməyəcəyimi soruşdum. Doktor dedi ki, imkan yoxdur. Ancaq Mürsəl Paşa ilə görüşə bilərsən. İngilis komandanlığında nəzarət altındadır. Mən tez gedib Mürsəl Paşa ilə görüşdüm.

Mürsəl Paşa dedi: "Aman, mənə bir şey etməyəcəklər. Ancaq Nuru Paşanı edam edəcələr. Onun qaçırılmasının yolunu tapın. Mən də gəlişimin səbəbini anlatdım. Çox razı qaldı... Beləliklə, vaxtilə nicatına yetişmiş olduğu irqdaşlan da Nuru paşanı real ölümdən xilas etdilər və onu ingilislərin həbsxanasından qaçırtdılar”.

Nuru Paşa sonradan öz xilası ilə bağlı bunları deyəcəkdi:
“Bu zaman məni qaçırmaq istəyən azərbaycanlı və batumlularla razılaşıb, silahlı mübarizə vasitəsilə qaça bildim. Mübarizə zamanı bir zabit, iki əsgər olmaqla üç ingilis, bizdən də bir batumlu öldü. Bir həftə Batumda gizləndikdən sonra Acarıstandan yola çıxıb yenidən Artvin, Ardanuç və Oltu təriqi ilə Ərzuruma gəldim”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO