Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir"

17:50  |    30 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


"Report"un xəbərinə görə, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd edib və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Pakistan bütün məsələlərlə bağlı daim bir-birini dəstəkləyir, siyasi, iqtisadi, ticarət, hərbi əməkdaşlıq əlaqələri yaxın müttəfiqlər səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev deyib ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Dövlət başçısı Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatına toxunan dövlət başçısı bu əməkdaşlığın müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini əminliklə vurğulayıb.

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif iki ölkə arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini, əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayan qonaq beynəlxalq təşkilatlarda Bakı ilə İslamabadın bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd edib. Pakistanlı qonaq Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. O, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Əfqanıstanda sabitlik və inkişafa nail olunması işinə böyük töhfə verdiyi qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO