Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6953

Digər sorğular

Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər

22:48  |    29 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.

Azərbaycanda sənaye parklarının, o cümlədən gəmiqayırma üzrə ixtisaslaşmış Qaradağ Sənaye Parkının fəaliyyət göstərdiyini qeyd edən iqtisadiyyat naziri iki ölkənin gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

Ş.Mustafayev Xorvatiya şirkətləri üçün Azərbaycanın sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb. Bundan başqa, Xorvatiya Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər.

Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri M.Daliç iki ölkə arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
11.07.2020
190 manatla bağlı suala aid daha bir açıqlama
10.07.2020
Sərt karantin ərazilərində yaşayanlara 190 manat birdəfəlik ödəmələr verildi
10.07.2020
Samir Şərifova yeni səlahiyyət verildi
08.07.2020
Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub