Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Əmlak Komitəsi sərgi keçirir - FOTO

16:30  |    29 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 28 noyabr da «Baku Expo Mərkəzi»ndə RecExpo – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”nin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgi 30 noyabr tarixinədək davam edəcək.

Sərginin açılışında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır: “Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Həyata keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında aktivliyin artmasına imkan yaradır”.

Qeyd edilib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi RecExpo sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.

Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Özəlləşdirilmiş müəssisələrə kapital axını isə ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaqdır. Həmçinin bu, ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Sərgi ilə yanaşı 29 noyabr tarixində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda Konfrans keçiriləcək.
Qeyd edilməlidir ki, Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin sahəsi 5600 kv.m, konfrans salonu isə 1000 kv.m olmaqla ümumilikdə 6500 kv.m təşkil edir. Sərgidə dünyanın 14 ölkəsindən olan 70-ə yaxın daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatlar iştirak edir. Sərgiyə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan kimi ölkələrin şirkətləri qatılıb. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Sərgidə 150-dən çox tikinti və inşaat layihəsi nümayiş olunur.
Sərgidə nümayiş edilən layihələrə misal olaraq İspire Group şirkətinin BƏƏ-in nüfuzlu DAMAC şirkəti ilə birgə sərgiləyəcəyi Dubayda inşa edilən layihələri göstərmək olar. Bununla yanaşı Dubayın ən böyük inşaat firmalarından biri olan EMAAR şirkəti həm Türkiyə, həm də Dubayda həyata keçirilən layihələri barədə təqdimatlar edib. Sərgidə iştirak edən Avropa ölkələrindən – İspaniya, Portuqaliya, Fransa, Birləşmiş Krallıq – olan şirkətlər həmin regionun ən gözəl yerlərində icra edilən layihələri sərgiləyirlər. Qeyd edilən təqdimatlarla yanaşı bu şirkətlər investorlara Avropada yatırım imkanlarını yaratmaq üçün uzunmüddətli Şengen vizasının da alınmasında yardım göstərəcəklər.

Sərgidə maraq doğuran pavilyonlarda biri də Türkiyə Respublikasının Emlak Konut şirkətinin digər türk şirkətləri ilə birlikdə hazırladıqları pavilyondur. 1953-cü ildən Türkiyədə fəaliyyət göstərən və “Avrupa Konutları”, “Emlak Konut İspartakule evleri”, “Valide bağ konaklar” kimi iri layihələrin icraçısı olan dövlət paylı “Emlak Konut” şirkəti bu il də sərgi iştirakçıları üçün maraqlı olacaq layihələrin nümayişini həyata keçirəcəkdir.

Xarici ölkələrin yuxarıda qeyd edilən layihələri ilə yanaşı sərginin iştirakçısı olan yerli şirkətlər və dövlət qurumları tərəfindən də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tikinti layihələri ziyarətçilərə təqdim olunub. Bu baxımdan ölkə əhalisinin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan sosial siyasətə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu və Hövsan qəsəbəsində inşa edilən sosial evlərin nümayişi də geniş alıcı kütləsinin marağına səbəb olub. Eyni zamanda Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələr (Nəsimi rayonu – 12, Nərimanov rayonu – 11 layihə, Nizami rayonu – 8 layihə, Suraxanı rayonu – 3) barədə də ictimaiyyətə təqdimatlar edilib. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.

Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirim kampaniyaları nəzərdə tutulub. Eyni zamanda ziyarətçilər Bakı şəhərində, o cümlədən Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələrindən əlverişli qiymətlərlə mənzil, ev və digər daşınmaz əmlak obyektlərini əldə etmək imkanlarından yararlana bilərlər.

Sərgidə “DREAMLAND” şirkəti nağd ödənişlərdə 25% endirimlə, “EMS”- 20% endirim və 55 min ABŞ dollarından başlayan qiymətlərlə, “TEYMUROGLU” Yeni İlə qədər 20% endirim və bütün mənzil alanlara ilk ödəmədən sonra faizsiz 36 ay kreditlə mənzil təklif edir. Bundan başqa həmçinin “WORD ERSAN GAYRIMENKU” tərəfindən bütün layihələrə 5% endirim, “ALANYA PROPERTIES”-3% endirim, “Cahan inşaat” 1 illik kredit yolu ilə ev alanlara, sərgiyə özəl olaraq 15% endirim təklif olunur. Endirimlər bununla bitmir. AS Grup-RENESSANS PLACE-dan sərgi dövründə 4 otaqlı mənzil alana qaraj hədiyyə olunacaq. “BEST CONSTRUCTION-Boulvard Residence” 24 ay faizsiz kredit və 25 il 8%-li ipoteka ilə “ERBATU” şirkəti isə - Şimali Kiprdə Erbatu-dan bütün layihələrə 10% endirimlə mənzil satışa çıxarır. Qeyd edilməlidir ki, yerli şirkətin Bakıda inşa etdiyi binalarda da bir mənzil 20% endirimlə ziyarətçilər arasında keçiriləcək uduşlu lotereyaya təqdim edilib.

Sərgidə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən pavilyon da yaradılıb. Pavilyon 90 kv.m-lik ərazini əhatə edir. Burada Komitənin fəaliyyət istiqamətləri üzrə o cümlədən, daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunur.

Pavilyonda Komitənin daşınmaz əmlak idarəçiliyi sahəsində tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr yer alıb. Həmçinin burada torpaqların elektron kadastr uçotu informasiya sistemin məlumatları əsasında hazırlanmış ölkənin 3D formatlı relyef xəritəsinin maketi quraşdırılıb. Qeyd edilməlidir ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM