Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Türkmənistanda keçmiş prezidenti xatırladan adlar xəritədən silinir

23:17  |    28 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun (Türkmənbaşı) adı verilən şəhər, qəsəbə və rayon adları dəyişdirilib.

“Report” xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bununla bağlı sənəd imzalayıb.

Keçmiş prezidentin atasının şərəfinə adlanan Atamırat rayonu və Atamırat şəhəri Kerkin rayonu və Kerki şəhəri adlanıb. Bundan sonra Dyanev rayonunun Niyazov qəsəbəsi Qaraşsızlık, Sərdarabat rayonu Çarcev adlanacaq.

Böyük Türkmənbaşı adına rayon ləğv edilərək ərazisi Dövlətli rayon inzibati vahidinə verilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, 1985-ci ildən 2006-cı ilə qədər Türkmənistanı idarə etmiş Saparmurat Niyazovun ölkə paytaxtı Aşqabaddakı heykəli 2017-ci ilin iyulunda sökülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.07.2019
Cavad Zərif: "İran müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını qoruyacaq"
18.07.2019
Baş katib: "Türkiyənin "S-400"lərə görə NATO-dan çıxarılması gündəmə gəlməyib"
18.07.2019
NATO-dan Kremlə sərt mesaj
18.07.2019
Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə - VİDEO
18.07.2019
Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb