Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Nazir: “Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrə qoşulmaq niyyətində olan ölkələr var”

19:21  |    28 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

“Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə təkcə bizim region üçün deyil, Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırır.

Bu layihələr bu gün Tbilisidə keçirilən İpək yolu konfransında da müzakirə olunub”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan söyləyib.

Nazir deyib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün mühüm əhəmiyyət kəsb edir: "Bizim bu layihələrimiz təkcə nəqliyyat, enerji təhlükəsizliyi sahəsində deyil, xalqlarımızın mədəni dəyərlərinin inkişafında, rifah halının yaxşılaşdırılmasında da çox faydalıdır. Artıq bütün dünya Azərbaycan, Türkiyə və Gürcüstanın reallaşdırdığı layihələrin faydasını görür. Bugünkü müzakirələr bir daha bunu sübut etdi".

Ə.Arslan başqa ölkələrin nümayəndə heyətləri ilə keçirdikləri görüşlərdə də bu məsələləri müzakirə etdiklərini, həmin ölkələrin də Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələri dəstəklədiklərini və bu layihələrə qoşulmaq niyyətlərini bəyan etdiklərini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM