Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azay Quliyev ATƏT-də demokratiya və azadlıq dərsi keçəcək

16:17  |    28 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvəti ilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Virtualaz.org Milli Məclisin mətbuat xidmətinə istinadən bildirir ki, səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburq Konfrans Mərkəzində təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda keçiriləcək seminarda iştirak etməkdir.

Quruma üzv olan 57 ölkənin nümayəndə heyəti, parlament assambleyalarının təmsilçiləri, seçki ekspertləri, seçki idarəetmə orqanlarının və komissiyalarının üzvləri, beynəlxalq təşkilatlar, seçki monitorinqini həyata keçirən QHT-lərin iştirak etdiyi tədbirdə seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqlar, müasir texnologiyalardan istifadə etməklə seçki prosesini təkmilləşdirmək və digər məsələlər müzakirə ediləcək.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” haqqında məruzə ilə çıxış edəcək, təşkilatın seçki müşahidə missiyası ilə bağlı təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO