Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Ukraynada azərbaycanlıların qoyduğu abidə təhqir edildi - VİDEO

20:46  |    27 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


Ukraynanın Odessa şəhərində yerləşən "Azərbaycan" parkında qoyulmuş daş abidə naməlum şəxslər tərəfindən basqıya məruz qalıb.

AzNews.az xəbər verir ki, abidənin üzərinə "kelt xaçı" çəkilib.

Abidə bir həftə bundan əvvəl korlansa da, şəhər rəhbərliyi hələlik buna heç bir reaksiya verməyib.

"Azərbaycan" parkının təqdimatı Azərbaycan Dövlət Neft şirkətinin təşkilatçılığı ilə şəhər günləri çərçivəsində 2013-cü ilin sentyabrın 3-də keçirilib. Həmin gün parkda ilk simvolik daş abidə qoyulub. Rəsmi təqdimat mərasimində Odessa şəhərinin meri Aleksey Kostusev, Azərbaycanın Ukraynadakl fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak edib.

Konsepsiyaya görə, park Odessa hüquq akademiyası yaxınlığında, Bolşoy Fontan 4-cü stansiyasında 2 hektar ərazidə inşa olunmalı idi. Parkın bütün ərazisi ekzotik bitkilərlə əhatə olunmalı, ortada böyük fəvvarə qurulmalı və Azərbaycan tarixini və mədəniyyətini əks etdirən arxitektur tikililər inşa edilməli idi. Parkın tikintisini SOCAR-ın Ukrayna nümayəndəliyi öz boynuna götürmüşdü. Tikinti işləri Odessa şəhərinin 220-ci ildönümünə qədər bitməli idi. Lakin qeyri-müəyyən səbəblərdən tikinti başa çatmayıb.

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Novosti.az-a deyib ki, SOCAR-ın qoyduğu abidənin üzərinə xaçı separatçılar çəkə bilər. Odessa, Xarkov, Nikolayev, Dnepropetrovsk şəhərlərində fəaliyyət göstərən silahlı qruplaşmalar təxribatçılıq halları törədir.

"SOCAR-ın Ukraynadakı fəaliyyəti göz qabağındadır - kompaniya burada bir sıra layihələrdə iştirak edir, həmçinin humanitar aksiyalar təşkil edirlər. Mən özüm tez-tez Ukraynada oluram, SOCAR-ın işi barədə müsbət xəbərlər eşidirəm. Ukraynada bir çox avtomobillər SOCAR benzini ilə işləyir. Bu isə bəzi bədxahların, xüsusən də separatçıların xoşuna gəlmir"- analitik qeyd edib.

Şahinoğlu həmçinin deyib ki, orada yaşayan ermənilər də təxribat törədə bilər. Belə ki, Odessada ikinci Maydan hadisələri zamanı həmkarlar ittifaqlarının binası yandırılmışdı ki, nəticədə onlarla insan həlak olmuşdu. Donbasda separatçılar şəhəri ələ keçirmək istərkən hakimiyyət buna mane olmuşdu.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.07.2019
Cavad Zərif: "İran müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını qoruyacaq"
18.07.2019
Baş katib: "Türkiyənin "S-400"lərə görə NATO-dan çıxarılması gündəmə gəlməyib"
18.07.2019
NATO-dan Kremlə sərt mesaj
18.07.2019
Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə - VİDEO
18.07.2019
Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb