Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək

02:38  |    26 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

2019-cu ildə Bakı şəhərinin Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, memorandum Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocijančič, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə arasında imzalanıb.

Baş Assambleyada iştirakı çərçivəsində gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir Avropa oyunları, İslam Həmrəyliyi oyunları, Şahmat Olimpiadası, Formula 1 Grand Prix turniri və digər mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalını da mükəmməl səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Azad Rəhimov Olimpiya Hərəkatının gənclərin bir araya gəlməsində, onların sağlam həyat tərzi sürmələrində, arzuları, gələcək amalları uğrunda əminliklə mübarizə aparmalarında müstəsna rol oynadığını diqqətə çatıdırb.

"Azərbaycan Respublikasının başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına, idman infrastrukturunun dünya standartlarına cavab verməsinə, yeni idman obyektlərinin inşasına, idmançılaımızın həyat şəraitinin yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərir. Məhz bunun bariz nümunəsi olaraq Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında bayrağımızı daim ən yüksək zirvələrə qaldırmaqla, ölkəmizin adını ucladır, eyni zamanda, idman siyasətinin düzgün və uğurla aparılmasını əyani sübut etmiş olurlar", - deyə nazir bildirib.

Baş Assambleya çərçivəsində Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov tərəfindən 2019-cu ildə Azərbaycanda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının təqdimat mərasimi olub. Təqdimat zamanı şöbə müdiri idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə assambleya iştirakçılarına ilkin məlumat verib.

Qeyd edək ki, iclas zamanı 2019-cu ildə Belarus Respublikasının Minsk şəhərində keçiriləcək 2-ci Avropa Oyunlarına hazırlıq məsələləri ilə bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib, həmçinin, Pyonçanq-2018 Qış Olimpiya Oyunlarının, Tokyo-2020 Yay Olimpiya Oyunlarının, Pekin-2022 Qış Olimpiya Oyunlarının, Paris-2024 Yay Olimpiya Oyunlarının, Avropa Gənclər Olimpiya Festivalının 2017-ci ildə Türkiyə və Macarıstanda keçirilmiş qış və yay Festivallarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olub.

Bununla yanaşı, tədbir zamanı həmçinin 2020-ci ildə Lozannada keçiriləcək Gənclərin Olimpiya Oyunlarına hazırlıq məsələlərinin də müzakirəsi də aparılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
21.01.2020
Sabiq komandirin nəvəsi çempion oldu
18.01.2020
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18.01.2020
Rusiyalı idmançı millimizdən qovuldu
14.01.2020
Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”