Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

“Qarabağ” FK hakimdən UEFA-ya şikayət etməyəcək - RƏSMİ

19:15  |    25 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində keçirilən “ Qarabağ”- “ Çelsi” qarşılaşmasında hakimin verdiyi mübahisəli qərarlar hələ də gündəmdədir.

Hakimin verdiyi 2 penalti qərarı və Rəşad Sadıqova verilən qırmızı vərəqə ilə bağlı mübahisələr davam edir.

“ Futbol+ “ qəzetinin baş redaktoru Mahir Rüstəmov Modern.az-a açıqlamasında bildirdi ki, bu oyunla bağlı UEFA-ya heç bir şikayət verilə bilməz. Və hakimin ilk epizodda verdiyi qərar səhv qərar kimi qəbul edilə bilməz:

“Hakimin verdiyi penalti qərarları adətən müzakirə edilmir. Hakimlər oyun qaydaları ilə bağlı hansısa səhvə yol verərsə, yəni bu qaydaları bilməməkdən irəli gələn səhvə yol verirsə bu halda klub şikayət edə bilər və nəyəsə nail ola bilər”.

Mahir Rüstəmovun sözlərinə görə, penalti qərarı hakimin mühakiməsindədir.

“Hakimin verdiyi qərar sadəcə müzakirə edilə bilər, qınana bilər. Amma bu səbəbə görə, UEFA-ya şikayət edərək nəyəsə nail olmaq mümkün deyil. Oyunun təkrar keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Bunun heç bir əsası yoxdur. Təkrar olaraq qeyd edirəm ki, bu ancaq o halda ola bilər ki, hakim oyunun qaydalarını bilmədən hər hansı kobud səhv etsin”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Qarabağ” rəqibinə 0-4 hesabı ilə məğlub olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək