Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Qurban Qurbanovla Şenol Günəş nədən danışıb?

22:12  |    24 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

"Bir müsəlman və qardaş komandanın xarüqələr yaratması bütün Azərbaycan xalqını çox sevindirdi".

Qol.az-ın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, bunu "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşlə görüşündə deyib.

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" matçını stadiondan izləyən türkiyəli mütəxəssis oyundan əvvəl Qurbanovla görüşüb.

Q.Qurbanov söhbət zamanı "Beşiktaş"ın uğuruna sevindiyini və bu komandadan örnək götürdüyünü bildirib: "Burda hamı sizin haqqınızda danışır. Həm klub, həm də məşqçi kimi sizdən örnək götürürük və buna davam edəcəyik. Bir türk məşqçinin uğuru bizi qürurlandırır. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçib onun izi ilə gedəcəyik. Ümid edirik ki, biz də gələcəkdə sizin kimi uğurlar qazanarıq".

Şenol Günəş də söhbətində Azərbaycanda "Qarabağ" kimi komandanın olduğundan qürurlandığını qeyd edib: “İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.

Görüş zamanı “Qarabağ” rəhbərliyinin yaxın vaxtlarda İstanbula gedərək, “Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək