Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Xamenei: "Bu, təkcə İŞİD-ə yox, ABŞ-a endirilmiş zərbə idi"

22:14  |    22 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


“Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bunu İranın Ali lideri Həzrət Ayətullah Xamenei general Hacı Qasım Süleymaninin məktubuna cavabında deyib.

O bildirib ki, bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına deyil, ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün dəstəyini əsirgəməyən rejimlərə endirilmiş zərbədir.

A.Xamenei hərbi qüvvələrə baş verə biləcək yeni həmlələrə qarşı yenə də hərtərəfli hazırlıqlı olmağı tövsiyə edib: “Bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Hərtərəfli hazırlıqlar unudulmamalıdır”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymani İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı Xameneiyə ünvanladığı məktubunda İŞİD-in Əbukamaldakı məğlubiyyəti nəticəsində terror təşkilatının bayrağının endirilib, yerinə Suriya bayrağının dalğalandırılması ilə bu murdar və çirkin yaradılışın sona çatdığını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte
17.10.2019
PKK sıralarından 600-dən artıq terrorçu qaçıb
17.10.2019
ABŞ və Türkiyə Suriyada razılığa gəldi - ATƏŞKƏS
17.10.2019
General Türkiyəyə qurulan tələni deşifrə etdi