Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

“Qarabağ” – “Çelsi”: bunları bilməlisiniz...

18:39  |    22 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


... Bu, “Qarabağ”ın İngiltərə klublarına qarşı dördüncü matçı olacaq. 2015-ci ildə Ağdam klubu Avropa Liqasının qrupunda “Tottenhem”lə iki dəfə, bu mövsüm isə “Çelsi” ilə bir dəfə qarşılaşıb və hər üç oyunda uduzub – 1:3, 0:1, 0:6.

... Bu gün qalib gələcəyi halda “Çelsi” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanacaq. Qrupun digər oyununda “Atletiko” “Roma” ilə matçda xal itirərsə, “Çelsi”yə heç-heçə də sərf edəcək.

... Rəqibini məğlub edəcəyi halda isə hətta “Qarabağ”ın ÇL-də növbəti mərhələyə keçmək şansı olacaq. Əgər matç heç-heçə bitərsə, Ağdam klubunun yekunda qrup üçüncüsü kimi mübarizəni Avroliqada davam etdirmək şansı qalacaq.

... "Çelsi" avrokuboklar tarixində ilk uzun səfəri Bakıya edib. Komanda Londondan Azərbaycan paytaxtına 3 min 975 km məsafəni 6 saata qət edib. Bundan əvvəlki rekord Təl-Əviv səfərinə məxsus idi. 2001-ci ildə "Çelsi" UEFA Kubokunda "Hapoel"lə oyun üçün 3 min 560 km məsafə qət etmişdi.

... “Qarabağ” klubu oyundan əvvəl möhtəşəm xareoqrafiya hazırlayıb. Xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa ingilis dilində “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılan böyük pankart da açılacaq. Bununla dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.

... “Çelsi” ÇL-də son 10 səfər oyununun 4-də qalib gəlib, 3-də heç-heçə edib, 3-də isə uduzub.

... “Çelsi”nin ÇL-də ən yüksək nailliyyəti 2012-ci ildə bu turnirdə birinci yeri tutması olub. “Qarabağ”ın bu turnirdəki ən yüksək nailiyyəti isə qazandığı 2 xaldır.

... Anton Kanibolotski (“Qarabağ”) və Villian (“Çelsi”) 2012/13 mövsümündə “Şaxtyor”da birgə oynayıblar.

... “Qarabağ”ın futbolçuları arasında “Çelsi”yə qarşı ilk dəfə oynayan Miçel olub. O, 2010-cu ilin yanvarın 27-də “Birmingem Siti”də çıxış edərkən “Çelsi” ilə Premyer Liqadakı səfər matçında sonradan oyuna daxil olub. Komandası 0:3 hesabı ilə uduzub.

... Bu, “Çelsi”nin baş məşqçisi Antonio Kontenin Bakıya ikinci səfəridir. İlk dəfə o, İtaliya millisini çalışdırarkən Azərbaycanda olub və komandası 3:1 hesablı qələbə qazanıb (İtaliyadakı oyunda 2:1).

Kimlər oynamayacaq?

... “Qarabağ”dan: Bədavi Hüseynov (zədəli), Tarik Elyunussi (qeyri-müəyyən), Pedro Enrike (cəzalı)

... “Çelsi”dən: Baçuayi, Mouzes, Musonda, Kenedi (hamısı zədəli)


Məşqçilər nə dedi?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov:

- Rəqibin gücünü bilirik. 90 dəqiqənin sonuna kimi düzgüb mübarizə aparmağa çalışacağıq. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişikliyə əl atır. Biz qrupda üçüncü yer haqda yox, məğlub olsaq belə, azarkeşlərimizin stadiondan razı getməsi barədə düşünürük.

“Çelsi”nin baş məşqçisi Antinio Konte:

- “Qarabağ” yaxşı komandadır. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyükhesablı qələbəni bununla bağlayardım. Sabahkı (bugünkü – red.) oyunun bizim üçün çətin keçəcəyini düşünürəm. Bu, cari mövsüm ən vacib matçımız olacaq. Diqqətli olmalıyıq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək