Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

ABŞ Zərrabı Türkiyə əleyhinə danışmağa məcbur edir - Ankaradan sensasiyalı bəyanat

22:09  |    20 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Türkiyə hökuməti Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu bəyan edib.

Hökumət sözcüsü Bəkir Bozdağ bəyan edib ki, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: “Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi təməli demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqazidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq-aydın görünür”.

Rəsmi Ankara adından çıxış edən Bəkir Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: “Onlar indi girov kimi saxlanılır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanskiyaları pozmaqda təqsirləndirilir.(lent.az)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte
17.10.2019
PKK sıralarından 600-dən artıq terrorçu qaçıb
17.10.2019
ABŞ və Türkiyə Suriyada razılığa gəldi - ATƏŞKƏS
17.10.2019
General Türkiyəyə qurulan tələni deşifrə etdi